Azərbaycanda son sutkada 334 nəfər yoluxub –1891 nəfər COVID-19-dan sağalıb, 28 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 334 yeni yoluxma faktı qeydə alınıb, 1891 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 220599 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 196734 nəfər müalicə olunaraq sağalıb, 2761 nəfər vəfat edib, aktiv xəstə sayı 21104 nəfərdir.

Ölkədə son sutka ərzində 3768, hazırkı dövrədək isə 2214194 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Güclü duman səbəbindən son 3 gündə Bakıdan Naxçıvana aviareyslər təxirə salınıb

Sonrakı məqalə

İğdırdan göndərilən yardım dolu yük maşını Bakıya gəldi –