Azərbaycanda son sutkada koronavirusa 118 nəfər yoluxub –503 nəfər sağalıb, 13 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 118 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 227 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 215 771 nəfər müalicə olunaraq sağalıb, 3 022 nəfər vəfat edib, aktiv xəstə sayı 8598 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 399, ötən müddət ərzində isə ümumilikdə 2 321 592 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda Ermənistan tərəfindən döyüşən Rusiya vətəndaşı həbs olundu –

Sonrakı məqalə

“Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib” –