Azərbaycanda Turizm Polisi yaradılır –Əcnəbi qonaqların təhlükəsizliyi necə təmin olunacaq?

Azərbyacanda turizm polisi yaradılacaq. 
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Turizm Sammiti çərcivəsində keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.
Onun sözlərinə görə turizm polisi ilk olaraq Bakıda fəaliyyət göstərəcək. Turizm polisinin yaradılması Dövlət Turizm Agentliyi və Daxili İşlər Nazirliyi ilə birlikdə müzakirə olunur.
Bu turistlərin Azərbaycanda dövlət qurumları ilə əlaqəsinin asanlaşmasına və onlara xidmətin vahid bir mərkəzdən həyata keçirilməsinə şərait yaradacaq.

Qeyd edək ki, dünyanın birçox turizm ölkələrində belə polis xidməti yaradılıb.

DİN nəzdində yaradılacaq bu xüsusi hissə ictimai asayişin qorunması ilə məşğul olan bu xüsusi hissə paytaxta gələn qonaqların təhlükəsizliyini təmin etmək və turistlərə kömək daxildir.

Turizm Polisinin səlahiyyətlərinə  Azərbayacanda səfərdə olan xarici ölkə vətəndaşlarının təhlükəsizliyini və rahatlığını təmin etmək, piyada zonalarında patrul işini həyata keçirmək, xarici turistlərə məsləhət vermək, turistlərə qarşı törədilmiş quldurluq və soyğunçuluq hadisələrinə operativ təhqiq olunması daxildir.

Bu xidmətin əməkdaşları lazımi hazırlıq keçəcək, xarici dil kurslarına göndəriləcək və turistlərlə ünsiyyət qaydalarını öyrənəcəklər.

Kənan Quluzadə həmçinin bildiribki, turizmin inkişafı üçün bu sahəyə subsidiyaların verilməsində fayda var. Çünki az bir miqdarda verilən subsidiya ölkə qtisadiyyatına daha çox məbləğdə geri də önə bilər.
Onun sözlərinə görə bu təcrübə dünya ölkələrində də var. Artıq bununla bağlı təkliflərdə hazırlanıb hökumətə təqdim edilib.
Kənd turizminin inkişafı üçün bir neçə istiqamət nəzərdə tutulur. Kənd evləri turizminin buradaxüsusi yer tutur.bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmit deyib.Onun sözlərinə görə, bu sahədə çalışan insanların sayı mütləq şəkildə artırılmalı və onlar təlimə cəlb edilməlidir.
Florian Zenqstşmit həmçinin bildirib ki, məqsəd 2023-cü ildə ölkəyə 4 milyona yaxın turist cəlb etməkdir.Onun sözlərinə görə, hazırkı vəziyyət onu göstərir ki, artıq hədəfin 11 faizinə yaxınlaşılıb deyə o əlavə edib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qırğızıstanın sabiq prezidenti məhkəmə qarşısına çıxarılıb

Sonrakı məqalə

Cəbhə xəttində gecə atəşkəs yenə pozulub