Azərbaycanda xüsusi reklam telekanalı yaradılacaq

Azərbaycanda xüsusi reklam televiziya kanalının yaradılmasına dair işlər aparılır.

Bunu jurnalistlərə açıqlamasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İctimai Şurasının sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda bununla bağlı görülən işlər ictimaiyyətə açıqlanacaq.

“Ümumiyyətlə, reklam bazarında baş verən hər hansı dəyişikliklərə getmək ictimai birlik tərəfindən, düşünürəm ki, daha məqsədəuyğun olacaq. Hazırda artıq Reklamçılar İttifaqı mövcuddur, lakin onların fəaliyyəti yetərincə qənaətbəxş deyil”, – deyə F. Qaraşov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Sonrakı məqalə

“Qurban Qurbanova dedi ki, gələ bilmərəm, arvadım icazə vermir” –