Azərbaycanda yeni partiya təsis olunub

Bu gün Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayı keçirilib. 

Qurultayda say komissiyası və qurultayı idarə etmək üçün Bəhrəm İsmayılov, Gülşən Hacıyeva və Elşad Abdullayevdən ibarət Sədarət seçilib.

Azərbaycan Yüksəliş Partiyasının onlayn təsis qurultayında partiyanın Nizamnamə və Proqramı qəbul edilib və başqanlıq seçkisi keçirilib. Keçirilən səsvermədə Anar Əsədli AYP-nin ilk başqanı seçilib.

Eyni zamanda onlayn təsis qurultayında 27 nəfərdən ibarət Baş Məclis, 7 nəfərdən ibarət Nəzarət Təftiş Komitəsi müəyyənləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Sabah Bakıda hava buludlu olacaq –

Sonrakı məqalə

İtaliyalı deputatlar işğaldan azad edilən Ağdam şəhərinə səfər edib