Sabah Bakıda hava buludlu olacaq –Dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən  yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə zəif duman, çiskinli olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.  Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8, Bakıda gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 774 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz olacaq.  

Dekabrın 7-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı  yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 2-6,  gündüz 6-9 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz  0-5 dərəcə  şaxta olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kəlbəcər rayonunun Zülfüqarlı kəndi –

Sonrakı məqalə

Azərbaycanda yeni partiya təsis olunub