Azərbaycandan olan bu məşhurlar Ermənistan nümayəndələri ilə görüşüb –ADLAR

Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi məlum olub.

Diplomatik mənbədən APA-ya verilən məlumata görə, dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşdə Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

Qeyd edək ki, TASS 2020-ci ilin noyabrında Azərbaycan və Ermənistan arasında hərbi münaqişə başa çatdıqdan sonra ilk dəfə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun iştirakı ilə dekabrın 23-24-də Moskvada Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin görüşünün keçirildiyi barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə bu gün koronavirusa 559 yeni yoluxma qeydə alınıb –

Sonrakı məqalə

Adil Qeybulla Saleh Rüstəmli ilə görüşüb: