Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı
  • Turizm

Azərbaycandan xaricə birbaşa və tranzit aviareyslərin qiymətləri açıqlanıb

Orkhan Ali 11 Yanvar 2025 - 15:39 (Last updated: 21 May 2025 - 20:15)
1

2024-cü ildə Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Qətərin paytaxtı Doha istiqamətində qeydə alınıb.

AzPost Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, Azərbaycan paytaxtından Dohaya birbaşa uçmaq 544 avroya, tranzit yolla uçmaq isə 493 avroya başa gəlib.

2-ci yerdə Bəhreynin paytaxtı Manama qərarlaşıb. Bu şəhərə birbaşa və tranzitlə uçuş haqları müvafiq olaraq 506 avro və 334 avro təşkil edib.

Növbəti yeri İngiltərənin paytaxtı London tutub. Bu şəhərə birbaşa uçuş 393 avroya, tranzitlə uçuş isə 538 avroya başa gəlib.

Ötən il Bakıdan tranzit aviareyslərin ən yüksək orta uçuş qiyməti 1 361 avro olmaqla Almaniyanın Frankfurt şəhəri istiqamətində qeydə alınıb.

İlk üçlüyə Çexiyanın paytaxtı Praqa 1 153 avro və Polşanın paytaxtı Varşava 783 avro qiymətlə daxil olub.

Bundan əlavə, Azərbaycandan əsas istiqamətlər üzrə Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana olan uçuş qiymətləri də diqqət çəkib.

Ötən il Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 321 avro ilə Novosibirsk şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 551 avroya başa gəlib.

Ötən il Türkiyəyə birbaşa aviareyslərdə ən yüksək orta qiymət 159,9 avro ilə İstanbul şəhərinə olub. Bu şəhərə tranzit uçuş isə 391 avroya başa gəlib.

2024-cü ildə BƏƏ-yə ən yüksək orta qiymət Dubaya olub. Bu şəhərə birbaşa uçmaq 227 avroya (– 19,7 % ), tranzitlə 313 avroya ( – 34,1 %) başa gəlib.

Ötən il Gürcüstanın paytaxtı Tbilisiyə isə birbaşa uçmaq 71,2 avroya, tranzitlə uçmaq 296 avroya başa gəlib.

Post navigation

Previous: Naxçıvanda hərbi sursat aşkar edilib
Next: Prezident generalla bağlı qərar imzaladı

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.