“Azərbaycanın 5 erməni hərbçisini təhvil verməsini alqışlayırıq”- Ned Prays

ABŞ Azərbaycanın 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini alqışlayır.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

O qeyd edib ki, biz erməni hərbçilərinin evlərinə qayıtması ilə bağlı xəbərləri alqışlayırıq. Bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. Ümid edirik ki, qalan bütün saxlanılanlar da tezliklə öz evlərinə qayıdacaqlar və Azərbaycan, Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımlar atmağa davam edəcək.

Əvvəlki məqalə

Kraliçanın vəfatı ilə əlaqədar Britaniyanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib

Sonrakı məqalə

UEFA Konfrans Liqası: