Azərbaycanın İranla ticarət dövriyyəsi kəskin azalıb- Rəqəmlər

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 88 518,1 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə azdır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk üç ayında Azərbaycandan İrana ixracın həcmi 10 118,1 min dollar təşkil edib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 888,8 min dollar və ya 8,1% azdır. İdxalın həcmi isə 78 400 min dollara bərabər olub ki, bu göstərici ötən  ilin eyni dövrü ilə müqayisədə 141 230,7 min dollar və ya 2,8 dəfə azalıb.

Nəticədə, hesabat dövründə 68 282 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik müqayisədə 3 dəfə azdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Karantin dövründə kef” baha başa gəldi –

Sonrakı məqalə

Yolun əks istiqamətində hərəkət edən “KamAZ” sürücüsü həbs edildi