Azərbaycanın strateji valyuta ehtiyatları 60 mlrd. dollara çatıb

2022-ci ilin 11 ayında tədiyə balansının əsas komponenti olan xarici ticarət balansında 23.5 milyard ABŞ dolları məbləğində və ya ötən ilin müvafiq dövrünə nəzərən 2.5 dəfə çox müsbət saldo yaranıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.

Profisitli tədiyə balansı şəraitində ölkənin strateji valyuta ehtiyatları 11 ayda 12.3% və ya 6.5 milyard ABŞ dolları artaraq 59.8 milyard ABŞ dollarına çatıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib

Sonrakı məqalə

Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb