Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb

2024-cü il aprelin 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 69,03 milyard ABŞ dollarına bərabər olub.

Bu ilin birinci rübündə ölkənin valyuta ehtiyatları 2% və ya 1,34 mlrd. dollar artıb.

Qeyd edək ki, strateji valyuta ehtiyatlarının 57,37 milyard dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləridir. 11,65 milyard dollar isə Azərbaycan Mərkəzi Bankının ehtiyatlarıdır.

Əvvəlki məqalə

Züleyxa, Telli, Cənnət xala…

Sonrakı məqalə

ABŞ hərbi kontingentini Nigerdən çıxarır