Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib

Azərbaycanın Türkiyədəki diaspor fəallarından Yəhya Taşdələn vəfat edib.

APA xəbər verir ki, Yəhya Taşdələn 1929-cu ildə Türkiyənin Kars vilayətində anadan olub. Ali təhsilini Ankara universitetində alan Y. Taşdələn Kənd Təsərrüfatı Nazirliyində İcra Aparatının rəhbəri vəzifəsinədək yüksəlib.

1952-55-ci illərdə – Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni Ankarada olduğu müddətdə onunla birgə fəaliyyət göstəriblər.

Rəsulzadəni həyatda görən sonuncu adam idi.

Ona Gəncə Aqrar Universitetinin fəxri professoru adı və Azərbaycan vətəndaşlığı verilib.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanın sabiq müdafiə naziri həbs edilib

Sonrakı məqalə

Ermənistanda koronavirusla əlaqədar fövqəladə vəziyyətin müddəti 1 ay uzadılıb