Azərbaycanın voleybol yığması Belarusa qalib gəlib

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığını Bakıda davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyunu keçirib.

Federasiyanın Mətbuat Xidmətindən  verilən məlumata görə, Pərviz Səmədovun baş məşqçi olduğu komanda Belarus seçməsi ilə qarşılaşıb. Görüş Azərbaycan yığmasının 3:2 (19:25, 25:23, 20:25, 25:23, 18:16) hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda iyulun 19-da və 22-də İslamiadadakı rəqibi Mərakeş ilə də yoxlama görüşlərində üz-üzə gələcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.