Azərbaycanın xarici borcu nə qədərdir? –RƏQƏMLƏR

Hesablama Palatası Azərbaycanın 2022-ci il büdcəsinin yarım illik icrasına dair xülasə yayıb.

Azpost.info bildirir ki, xülasədə iyulun 1-nə ölkənin xarici dövlət borcu 7 milyard 882,3 milyon dollar göstərilir.

Maliyyə Nazirliyinin hesabatına görə, 1 yanvar 2022-ci ilə xarici dövlət borcu 8 milyard 135,7 milyon dollar idi.

Xarici borc 2015-ci ilə 6,4 milyard dollar, 2016-cı ilə 6,8 milyard dollar, 2017-ci ilə 6,9 milyard dollar, 2018-ci ilə 9,3 milyard dollar, 2019-cu ilə 8,9 milyard dollar, 2020-ci ilə 9 milyard 91 milyon dollar, 2021-ci ilə 8 milyard 821,5 milyon dollar olub.

Əvvəlki məqalə

“Kurtlar Vadisi”ndəki “Elif”in fotosu hamını təəccübləndirdi –

Sonrakı məqalə

Bu gündən ali məktəblərə ixtisas seçimi başlayır