Azərbaycanın Xarkovdakı konsulluğu soydaşlarımıza müraciət edib

 

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu soydaşlara silahlı qüvvələrin cəmləşdiyi bölgələrə getməməyə və hərbi obyektlərdən uzaq durmağa çağırıb.

Konsulluğun yaydığı məlumata istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarına evdə və ya təhlükəsiz yerlərdə qalmaları, zərurət olmadıqca səyahətdən çəkinmələri tövsiyə olunur.

Xüsusi hallarda Azərbaycan vətəndaşları Azərbaycanın Kiyevdəki səfirliyi ilə +380 (73) 5050000 nömrəsi ilə əlaqə saxlaya və [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.

Vətəndaşlar həmçinin yardım üçün +380 (57) 7000531 və [email protected] elektron poçtu ilə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğu ilə əlaqə saxlaya bilərlər.

Hazırda Azərbaycanın Xarkov şəhərindəki konsulluğunun bütün əməkdaşları öz iş yerlərindədirlər. Konsulluq vəziyyətin inkişafını diqqətlə izləyir və eyni zamanda Azərbaycan vətəndaşlarının Xarkovdan necə təxliyə oluna biləcəyini nəzərdən keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyev: İndi insanları qaytarmağa mane olan başlıca problem minalardır

Sonrakı məqalə