Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476 milyon dolları ötüb- Son 7 ayda

Bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub.

Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub.

Xatırladaq ki, ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir(azərtac).

Əvvəlki məqalə

Azərbaycan güləşçisi dünya çempionu olub

Sonrakı məqalə

Quterreş, Ərdoğan və Zelenski Lvovda görüşəcək