Azərbaycanlı turistlər xaricdə 2 milyard 387 milyon manat pul xərcləyib –Ötən ilin statistikası

Azərbaycana turizm məqsədilə gələn əcnəbi turistlərin çəkdiyi xərclər xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının turizm məqsədilə çəkdiyi xərcləri üstələməyə başlayıb.

Azpost.info bildirir ki, trend-in məlumatına görə, 2013-cü ildə xaricə gedən Azərbaycan vətəndaşları ölkəmizə gələn turistlərdən daha çox vəsait sərf ediblər. Həmin ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 1 milyard 255 milyon 400 min manat , xaricə gedən Azərbaycan vətəndaşları isə 1 milyard 861 milyon 700 min manat vəsait xərcləyiblər.

Sonrakı 3 il ərzində (2014-1016) də xaricə gedən azərbaycanlıların xərclədiyi vəsaitlərin məbləği ölkəmizə gələn əcnəbilərin xərclədiyi məbləği üstələyib.

Lakin 2017-ci ildən sonra Azərbaycana gələn əcnəbilər turizm məqsədilə daha çox pul xərcləməyə başlayıblar.

2017-ci ildə Azərbaycana gələn əcnəbi turistlər turizm məqsədilə 2 milyard 285 milyon 300 min manat, xaricə gedən Azərbaycan vətəndaşları 1 milyard 678 milyon 900 min manat vəsait xərcləyiblər.

2018-ci ildə isə ölkəmizə gələn əcnəbilərin turizm məqsədilə xərclədiyi vəsaitin məbləği 2 milyard 661 milyon 600 min manat, xaricə gedən Azərbaycan vətəndaşlarının xərclədiyi vəsaitin məbləği 2 milyard 387 milyon 400 min manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ İranın 25 korporasiyasına, bankına və fərdlərinə qarşı sanksiyalar tətbiq etdi

Sonrakı məqalə

Ət yemək erkən ölüm riskini artırır –