Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Azərbaycanın ən böyük ticarət tərəfdaşları məlum oldu

User 28 İyul 2026 - 15:57 (Last updated: 28 İyul 2026 - 15:58)
gomruk mal

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 24 milyard 661,3 milyon ABŞ dolları təşkil edib.

Azpost.info bildirir ki, Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikaya əsasən, hesabat dövründə ölkənin ixracı 16 milyard 320,2 milyon dollar, idxalı isə 8 milyard 341 milyon dollar olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb. Nəticədə Azərbaycanın xarici ticarətində 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur.

Ümumilikdə, ölkənin xarici ticarət dövriyyəsi illik müqayisədə 261 milyon dollar və ya 1,1 faiz artım göstərib.

Ən böyük ticarət tərəfdaşları

Rəsmi statistikaya görə, ilin ilk yarısında Azərbaycanın ən böyük xarici ticarət tərəfdaşı İtaliya olub. Bu ölkə ilə ticarət dövriyyəsi 6,24 milyard dollar təşkil edib. Bunun təxminən 6 milyard dolları Azərbaycanın xam neft ixracının payına düşür.

İkinci yerdə Böyük Britaniya qərarlaşıb. Bu ölkə ilə ticarət dövriyyəsi 3,62 milyard dollara çatıb və əvvəlki illə müqayisədə 5,5 dəfə artıb.

İlk üçlüyü isə 2,90 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə tamamlayır.

MDB ölkələri ilə ticarət azalıb

Yanvar-iyun aylarında Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsi 2 milyard 707,9 milyon dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,3 faiz azdır.

Bu dövrdə MDB ölkələrinə ixrac – 1 milyard 14,1 milyon dollar (18,2 faiz artım), MDB-dən idxal – 1 milyard 693,8 milyon dollar (44 faiz azalma) təşkil edib.

Rusiya ilə ticarətdə geriləmə

Statistikaya əsasən, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ilk altı ayda 1 milyard 728,3 milyon dollar olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz və ya 791,9 milyon dollar azalıb.

Bu müddətdə Rusiyaya ixrac – 608,6 milyon dollar (3 faiz artım), Rusiyadan idxal – 1 milyard 119,7 milyon dollar (42 faiz azalma) təşkil edib.

Nəticədə Azərbaycanın Rusiya ilə ticarətində 511,2 milyon dollarlıq mənfi saldo yaranıb.

Bundan başqa, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşları siyahısında beşinci yerə geriləyib. Hazırda ilk dördlükdə İtaliya, Böyük Britaniya, Türkiyə və Çin qərarlaşır.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: İnsan niyə yuxuda qəfil oyanır?
Next: Antarktidada sensasion kəşf –

Oxşar xəbərlər

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

User 31 Oktyabr 2026 - 10:00
tanker dizel
  • İqtisadiyyat

ABŞ-a göndərilən Rusiya dizelini almaq istəyən yoxdur – Şirkətlər geri çəkilir

User 30 Oktyabr 2026 - 20:32
valyuta
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 30 Oktyabr 2026 - 09:43

xƏBƏR

Azərbaycanda vəkillərin
  • Baş Yazı

Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?

User 31 Oktyabr 2026 - 13:43
Azərbaycanda maddi imkanı olmadığı üçün hüquqşünas və ya vəkil xidmətindən yararlana bilməyən vətəndaşlar üçün yeni hüquqi yardım...
Read more about Azərbaycanda pulsuz hüquqi yardım – Kimlər dövlət hesabına vəkil ala biləcək?
Noyabrın 1-nə olan hava proqnozu hava proqnozu haqqında
  • Sosial

Noyabrın 1-nə olan hava proqnozu

User 31 Oktyabr 2026 - 13:03
60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA video telefon 1960
  • Maraqlı

60 il əvvəl İlk video telefon belə görünürdü – İlk aparatın 100 illik sirri / FOTOXRONİKA

User 31 Oktyabr 2026 - 12:43
Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb xalca sexi
  • Sosial

Azərbaycanda xalça istehsalı 61 dəfədən çox artıb

User 31 Oktyabr 2026 - 12:16
Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə polsa mitinq
  • Dünya

Polşada siyasi böhran – Prezident və Baş nazir üz-üzə

User 31 Oktyabr 2026 - 11:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.