Azərbaycanlılar Türkiyədə 2000 mənzil və obyekt alıb

Azərğaycan vətəndaşları 2024-2025-ci illərdə Türkiyədə 2000-dən artıq əmlak alıblar.

2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyənin müxtəlif bölgələrində 983 mənzil, 101 obyekt alıblar.

Bu 2024-cü illə müqayisədə təxminən 10% artıqdır, belə ki, 2024-də azərbaycanlıların Türkiyədə aldıqları əmlakların sayı 972 olub. Onlardan 911-i mənzil, 61-i obyekt olub. Ümumilikdə son 2 ildə vətəndaşlarımız qarbaş ölkədə 2056 mənzil əldə ediblər.

Türkiyədə ev almağa maraq 2026-cı ildə də davam edir. Belə ki, 2026-cı ilin yanvarında azərbaycanlılar Türkiyədən 54, fevralda isə 60 olmaqla, ümumilikdə 114 mənzil, 17 obyekt alıblar.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.