Azad edilmiş ərazilərin quruculuğuna həsr olunan tədbir keçirilib –FOTO

Yevlax rayonunda Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respubilikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İşğaldan azad edilmiş ərazilərdə quruculuğun sosial-iqtisadi aspektləri” mövzusunda tədbir keçirilib.

Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə İctimai Birliyin sədri Elnarə Məhərrəmova bildirib ki, tədbirdə KOBİA – Yevlax şəhəri, Aran Regional İnkişaf Mərkəzinin nümayəndəsi Sahib Əmirov, Mərkəzi Aran Regional Məşğulluq filialının, Yevlax rayon xidmət şöbəsinin müdiri Samir Xəlilov və Yevlax rayon ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edib. İlk öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını və qanını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri ilk öncə Layihənin rəhbəri Elnarə Məhərrəmova açaraq layihənin donoru və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, bu günkü tədbirimiz məcburi köçkünlərin maarifləndirilməsi yolu ilə böyük qayıdışa ön hazırlıq işlərinin aparılmasıdır. Sonra layihənin eksperti Rəşad Həsənov çıxış edərək layihə haqqında geniş və ətraflı məlumat verərək qeyd etdi ki, həmin ərazilərin kifayət qədər potensialı vardır. İşğaldan azad edilmiş ərazilərdəstratji bazış ondan ibarətdir ki, əmək bazarının dizayn edilməsi zamanı daha çox özünəməşğulluq tədbiri, ictimai işlərin təşkili, eyni zamanda kvota üzrə iş yerlərinə cəlb etməylə bağlı sərt meyyarların müəyyən edilməsi və təbii ki, özəl sektorun cəlb edilməsi formasında dövlət özəl əməkdaşlıq layihələrində məşğulluq müəssisələrinin yaradılması ilkin mərhələdə hədəf kimi müəyyən edilib.

Tədbirə dəvət olunmuş Azərbaycan Respublikasının KOBİA – Yevlax şəhəri, Aran Regional İnkişaf Mərkəzinin nümayəndəsi Sahib Əmirov, Mərkəzi Aran Regional Məşğulluq filialının, Yevlax rayon xidmət şöbəsinin müdiri Samir Xəlilov tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırıldı və iştirakçıların təklifləri dinlənildi.

Sonda Layihənin rəhbəri Elnarə Məhərrəmova layihəyə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbir iştirakşılarına öz təşəkkürünü bildirdi.

 

Əvvəlki məqalə

Demensiyadan qorunmaq üçün nə yeməliyik?

Sonrakı məqalə

Bakıda xəstə baş həkimin otağını benzinlə yandırdı