Azad olunmuş ərazilərdə torpaqlar güzəştli şərtlərlə icarəyə veriləcək- RƏSMİ

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.

Bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.

Əvvəlki məqalə

“Neftçi”nin yeni baş məşqçisi təyin olunub

Sonrakı məqalə

Azərbaycan yığması bu gün Slovakiya ilə qarşılaşacaq