Azadlıq qəzetinin sabiq maliyyə direktoru karantini pozma ilə bağlı saxlanılıb

Azərbaycan Xalq Cəbəhsi Partiyasının fəalı Faiq Əmirli saxlanılıb.

Bu barədə Amerikanın Səsinə Faiq Əmirlinin həyat yoldaşı Lalə Əmirli bildirib.

Səbail Rayon Polis İdarəsindən ona bildiriblər ki, Faiq Əmirli karantin rejimini pozmaqda günahlandırılır. Ona qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tətbiq edilməklə Səbail rayon Məhkəməsinə göndərilib. Həmin maddənin sanksiyasında deyilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Rəsmi qurumlar AXCP fəalının saxlanılması barədə məlumat yaymayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bir gündə 9959 sürücü karantin rejimini pozub –

Sonrakı məqalə

Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri keçdi