“AZAL” kreditlə təyyarə bileti satır

“2024-cü ilin maraqlı yeniliklərdən biri biletləri faizsiz taksitlə əldə etmək imkanının yaradılması oldu”.

Azpost.info bildirir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev “APA-Ekonimks”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu təklif sərnişinlərə maliyyə rahatlığı təqdim edərək onlar üçün uçuşları daha da əlçatan edir:  “Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. Sərnişinlər TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölə bilərlər”.

AZAL prezidenti narazılıq doğuran bilet qiymətləri barədə olan suala aydın cavab verməyib. S.Paşayev deyib ki, 2024-cü ilin ilk dörd ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə populyar istiqamətlər üzrə AZAL-ın aviabiletlərinin orta qiyməti təxminən 18% azalıb.

Taksit Kart  plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Taksit kartlar kredit kartlarının alt qrupuna aid edilir. Bu kartları standart kredit kartlarından fərqli edən əsas xüsusiyyət hissəli alış-veriş imkanının olmasıdır.

Əvvəlki məqalə

Fransa Fələstinin müstəqilliyinin tanınması imkanlarını müzakirə edir

Sonrakı məqalə

Həftəsonu Şamaxıda Hava Şarları Festivalı keçiriləcək