Azaraq düşmən mövqeyinə çıxan əsgərimiz şəhid oldu –

Qırmızı Xaç həlak olan hərbçi ilə bağlı danışıqlara başladı (YENİLƏNİB)
23 Sentyabr 2019 - 12:06

Beynəlxalq Qızıl Xaç Komitəsi cəbhə xəttində öldürülən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin qaytarılması ilə bağlı dialoqa başlayıb.

Komitənin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova Modern.az-a bildirib ki, təmsil etdiyi qurumun məsələdən xəbəri var və hazırda bununla bağlı əlaqədar qurumlarla ikitərəfli konfidensial dialoq aparır.

***

Sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Müdafiə Nazirliyindən  verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyəsini təmin etmək məqsədilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

 Ermənistanın KİV-də guya Azərbaycan tərəfinin cəbhə xəttində təxribat törətməsi barədə yayılan məlumatlar yalandır.