Azərbaycanda meymunçiçəyinə yoluxmuş ilk şəxsin vəziyyəti necədir? –AÇIQLAMA

Meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb
Meymunçiçəyi

“Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxmuş şəxsin müalicəsi davam etdirilir. Hazırda o, həkimlərin müşahidəsi altındadır, vəziyyəti stabildir”

AzPost bildirir ki,bu barədə TƏBBİB-dən BBC-yə bildiriblər.

Qurum qeyd edib ki, hələlik ölkədə ikinci bir meymunçiçəyinə yoluxmuş şəxs aşkarlanmayıb.

Yanvarın 18-də Səhiyyə Nazirliyi və TƏBİB birgə məlumat yayıb ki, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib və qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub.

“Hazırda o, xəstəxana şəraitində müalicə alır, -məlumatda deyilir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsində yayılan, “meymunçiçəyi” kimi də tanınan mpox virusuna görə bir neçə il əvvəl qlobal fövqəladə vəziyyət elan etmişdi. Həmin vaxt virus son illərdə ilk dəfə Afrikadan kənarda- İsveçdə aşkar edilmişdi.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.