“”Azercell” bəsit müzakirə ilə baş qatır, biabırçılıqdır” –EKSPERT ŞƏRHİ

“Azercell” bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu, süni intellekti və əşyaların internetini genişləndirir”.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti META-da yazıb.
Ekspert qeyd edib ki, “Azercell”in “5G-nin sınaqdan keçirilməsi haqqında yaydığı məlumat biabırçılqıdır: “Baxıram ki, ölkənin ən öndə gedən mobil operatoru “5G-nin sınaqdan keçirilməsi haqqında” məlumatı beynəlxalq konfrans iştirakçıları ilə bölüşür. Hətta qürurla bununla bağlı açıqlama da yayır. Bununla da sanki regionda rəqəmsal mərkəzə çevrilmək niyyətini ortaya qoyur. Halbuki, bu gün konfrans zalında onlarla yanaşı əyləşən regionun bütün ölkələri Azercell-in qeyd etdiyi sınaq işlərini illər öncə başa vurub və hazırda 5G-nin real, işlək şəbəkəsini qurublar. Hazırda isə onun üzərində biznes qururlar. Azercell isə 5G-dən istifadə etmək istəyənləri test etmək üçün “Torqovıy”ya yönəldir, neçə ildir ki, bu nəhəng operator hələ də “Torqovıy”da ilişib qalıb. Sadəcə biabırçılıqdır”.
O.Gündüzün sözlərinə görə, ən doğrusu o olardı ki, Azercell aidiyyatı qurumlara, RİNN-ə müraciət edib, işçi qrupları yaradıb, uzun illər 5G tezliyinin üstündə “oturanlarla” problemi həll edəydi: “Bu problemin həllində dövlət qurumları ilə bərabər operatorlar da yaxından iştirak etməlidir. Gərək xeyli öncədən, Azercell və digər operatorlar təşəbbüs göstərəydilər, 5G-nin üstündə “oturanlarla” dil tapıb, hökümətə bununla bağlı təkliflər verəydi”.
“Belə görünür ki Azercell və digərləri müftə, göydəndüşmə tezlik gözləyir. Yəni, dövlət qurumu, RİNN, İKTA gedib 5G tezlik sahibləri ilə danışmalı, onlara pul ödəməli , yalvar-yaxar etməli və operatorlara bu tezliyi hədiyyə etməlidir.
Belə olan halda, mən təklif edərdim ki, əgər 5G tezlikləri üçün onun indiki sahiblərinə büdcədən kompensasiya ödənilib operatorlara veriləcəksə, bu tezlik resurslarının ödənişlərinə yenidən baxmaq da doğru olardı”-deyə O.Gündüz bildirib.
Azpost.info
Əvvəlki məqalə

Məşhur kinorejissor Martin Skorseze məhkəməyə verilib

Sonrakı məqalə

Yaxın beş ildə planetdə rekord istilər gözlənilir