Azercell 5G xidmətinə keçidini niyə gizlədir? –EKSPERT ŞƏRHİ

“Azercell öz şəbəkəsinin genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı açıqlama yayıb. Baxıram ki, xeyli işlər görüblər, yüzlərlə yeni baza stansiyaları qurublar və təkmilləşdiriblər. Qarabağda yeni mobil infrastruktur qurublar. Amma maraqlıdır ki, hansı texnologiya üzərindən xidmət göstəriləcəyi ilə bağlı bu açıqlamada hansısa bir qeyd yoxdur”.
Azpost.info bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.
Onun sözlərinə görə, bu infrastruktur 2G, 3G, 4G yoxsa 5G üzərindən xidmət göstərəcəyi bilinmir: “Press-relizi hazırlayanlar bunu məharətlə bunu gizlədə bilib”.
O.Gündüzün sözlərinə görə, qonşu ölkələrdə və dünyada mobil operatorların bu tip press relizlərində 5G gəlişmələri üstünlük təşkil edir: “Onlarda 5G tezliyi uğrunda amansız mübarizə gedir, auksionlar təşkil olunur, məhz bu texnologiya üzərində infrastruktur qurulur. Bizdə isə, görünür ki, 5G ilə bağlı heç bir operatorda deyiləcək, təqdim ediləcək bir iş olmadığından, açıqlamalarda ümumiyyətlə texnologiya məsələsinə toxunmurlar.
Yaxşı olardı ki, bizim mobil operatorlar da RİNN-dən 5G tezliyi tələb etsinlər, bunun açıqlamasını etsinlər. Nazirlik də gərək çoxdan 5G ilə bağlı açıqlamalar verəydi”.
Ekspert deyib ki, Dövlət Radiotezliklər İdarəsi çoxdan yeni radiotezlik siyasəti ilə, xüsusən də 5G ilə bağlı belə bir konseptual baxışların hazır olduğunu açıqlayıb: “Amma təəssüf ki, hələ də bizim Nazirliyin 5G ilə bağlı təsdiqlənmiş bir konseptual sənədi ortada yoxdur. Güman etmək olar ki, bu tip məqamlar rəqəmsal transformasiya haqqında konsepsiyada nəzərdə tutulub. Amma az qala 2 il olur ki, Nazirlik digər konseptual sənədlərin taleyi kimi , bu konsepsiyanın da çoxdan hazırlandığını bildirsə də indiyədək təsdiqlədə bilməyib. Qısası, ləngiyirik”.
Əvvəlki məqalə

Putin Paşinyanla görüşəcək

Sonrakı məqalə

Zakir Qaralov Türkiyədədir –