Aziz Sancar Bakıya səfəri çərçivəsində UNEC-də olub

Kimya üzrə Nobel mükafatı laureatı, UNEC-in fəxri professoru Aziz Sancar Bakıya səfəri çərçivəsində UNEC-də olub.

Nobel mükafatçısı Aziz Sancar UNEC rektoru professor Ədalət Muradovla birlikdə universitetdə yaradılmış Aziz Sancar adına Qida Təhlükəsizliyi Laboratoriyasında tədqiqatçılarla görüşüb.

Aziz Sancar öz təəssüratlarını onlarla bölüşüb:

“Mən Azərbaycanda ilk dəfə 2017-ci ildə Ədalət müəllimin dəvəti ilə olmuşam. Həmin dövrdə müəllim və tələbələrlə çox faydalı və maraqlı görüşlərim baş tutdu. 2021-ci ildə isə hazırda olduğumuz laboratoriyanın açılışında iştirak etmişəm. UNEC-də belə bir laboratoriyanın yaradılması tədqiqatçılar və tələbələr üçün xüsusilə önəmlidir. Keyfiyyətli elmi araşdırmalar, tədqiqatlar üçün laboratoriyalar əvəzsizdir. Gənclər onlar üçün yaradılmış bu imkanı maksimum dərəcədə dəyərləndirsinlər”.

Tədqiqatçılar Nobel mükafatçısı, professor Aziz Sancarla görüşdən böyük qürur hissi duyduqlarını bildiriblər və dünya şöhrətli türkiyəli alimə elm, təhsil və tədqiqatla bağlı suallarını ünvanlayıblar.

Prof.Aziz Sancar sualları cavablandırdıqdan sonra müəllifi olduğu “Aziz Sancarın kalemində Hayatı və Bilimi” adlı kitabını imzalayaraq, UNEC-ə hədiyyə edib.

Aziz Sancarın UNEC-ə səfəri rektor prof. Ədalət Muradovun, dekanların və struktur rəhbərlərinin iştirakı ilə çay süfrəsi arxasında səmimi və maraqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.

Əvvəlki məqalə

Şagird yerdəyişməsi dayandırılıb

Sonrakı məqalə

Salyanda Vətən müharibəsi iştirakçısı intihar edib