Azpost.info 43 il əvvəl İrəvanda azərbaycanlı toyundan görüntüləri yaydı –Həmin cütlük illər sonra danışdı /VİDEO

Azpost.info-nun hazırladığı 1980-cı ildə sovet Ermənistanın paytaxtı İrəvanda keçirilmiş toy mərasiminin görüntüləri maraqla izlənib.

Azərbaycanlılara məxsus toy o dövrün kino kamerası ilə çəkilib. Kadrlarda maşın karvanının İrəvanın Teatr meydanında dövrə vurduğu, bəy və gəlinin “Qaz-24” avtomobilindən düşərək xatirə lövhəsi qarşısında çiçək dəstəsi qoyması əks olunub.

Daha sonra toy şadlıq evində davam edir. Toy mərasiminin o zaman populyar olan müğənni Nizami İsmayılovun idarə etdiyi görünür.
Kadrlarda əks olunan insanların sovet həyat tərzi maraq doğurur.

“Xəzər” TV 43 il əvvəl İrəvanda toy eləmiş həmin şəxsləri taparaq danışdırıb.

Azpost.info həmin sujeti oxuclarına təqdim edir.

 

Əvvəlki məqalə

İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti Gəncəyə gəlib

Sonrakı məqalə

Saç tökülməsi mərhələsi 100-120 gündür