“Aztelekom”un hər bir müştəriyə 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz provayderlərin qiymət artımı ilə bağlı qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, “Aztelekom” tarana gedir. “Açıqlayıblar ki, dövlət provayderi də olsaq qiymətləri 40% qaldıracağıq. Gətidikləri arqumentlər də məntiqsizdir və heç bir dataya söykənmir. “Aztelekom”un tarana getməsi ilk öncə onun göstəricisidir ki , hələlik ölkədə telekommunikasiya sektorunda müstəqil tənzimləyici qurum yoxdur. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. O da müstəqil deyil”.