AzTV-dən əziz Şəhidlərlə bağlı hamını ağladan VİDEO –

"Atam gəldi..."
13 Oktyabr 2021 - 18:55
Azərbaycan Televiziyası Vətən müharibəsinin ildönümü münasibətilə şəhidlərin əziz xatirəsini yad edən daha bir videoçarx hazırlayıb.
AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, çarxın çəkilməsində məqsədi şəhidlərin unudulmadığı, övladlarının isə Azərbaycan dövlətinə və xalqına əmanət olduğunu göstərməkdir.
Çarxda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş yürüşə baxan bir uşaq (obrazlı) nümayiş olunur. Şəhid atasının fotosunu yürüşdə görən uşaq “Ata! Atam gəldi!” deyərək anasının qucağına qaçır. Daha sonra o, “Atam sağdır” deyib şəhidin televizordakı görüntüsünə əlini uzadır.
Anası isə “Əlbəttə, sağdır. O həmişə bizimlədir!” deyir.
Şəhidin xanımı rolunda Aygün Fətullayeva, övladı rolunda isə Davud Yusifzadə çəkilib.
Çarxın ssenari müəllifi Rövşən Məmmədov, rejissoru Zaur Zeynal, redaktoru isə Leyla Qədirzadədir.
https://youtu.be/8hjJRKw9EMM
https://video.azertag.az/files/video/2021/3/16341287086220315365.mp4