AzTV-nin baş redaktoru Etibar Babayev koronavirusdan vəfat edib

03 İyul 2020 - 09:10

AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib.

Telekanalın Kinoproqramlar və dublyaj redaksiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Etibar Kamal oğlu Babayev COVID -19 infeksiyasının qurbanı olub.

Məlumata görə, 53 yaşlı E.Babayev Tibb Universitetinin Tədris Terapevtik Klinikasına yerləşdirilmişdi.
Mərhum bir çox televiziya layihələrinin, bədii-publisistik, sənədli, musiqili video və qısametrajlı filmlərin rejissoru kimi tanınıb.
Qeyd edək ki, iyulun 1-də AzTV-nin rejissoru Samir Nemətzadə də koronavirusdan dünyasını dəyişmişdi.

Allah rəhmət eləsin…