Azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı uşaq saxlanıldı

Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 12 yaşlı B.M saxlanılıb.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, hazırda Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, bu gün Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 2015-ci il təvəllüdlü A. Arturoviç 12 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Əvvəlki məqalə

Ölkəmizdə futbol üzrə dünya çempionatını bu TV yayımlayacaq

Sonrakı məqalə

Avropa Parlamenti Rusiyanı terror himayədarı kimi tanıyan qətnamə ilə bağlı razılığa gəlib