Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcək

Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən görüşəcək.

Bu barədə parlamentdə çıxışı zamanı Ararat Mirzoyan açıqlama verib. O, görüşün ATƏT-in Minsk qrupu çərçivəsində baş tutacağını açıqlayıb.

“Qarşıdakı görüşdə əsas mövzu humanitar məsələlərin həlli olacaq. Həmin məsələlərin müsbət həlli ən vacib mövzuların müzakirəsi üçün müsbət atmosfer yaradacaq”-,deyə Mirzoyan açıqlama verib.

Xatırladaq ki, Ararat Mirzoyanla Ceyhun Bayramov ilk dəfə sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası zamanı görüşüblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir