“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş xain hücum bizi sarsıdıb”- İsrail XİN

Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyirik.

Bu barədə İsrail XİN-nin sözçüsü Lior Haiat “Tviter“də paylaşım edib.

“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş və təhlükəsizlik rəisinin qətlə yetirilməsi ilə nəticələnən xain hücum bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, paylaşımda deyilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.