Bərdə sakini zəhərlənmədən ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndindəki fermalardan birində baş verib. Rayonun Əyricə kəndində qeydiyyatda olmaqla Kərimbəyli kəndindəki fermada yaşayan, 1989-cu il təvəllüdlü Bağırov Şamxal Telman oğlu işlədiyi fermada xırdabuynuzlu heyvanları kimyəvi məhlulla yuyarkən "Neastol" məhlulundan zəhərlənib. Ş.Bağırov yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, o, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.