Bələdiyyəyə namizədlər açıq və qapalı yerlərdə seçicilərlə görüşə bilərlər –

MSK
30 Noyabr 2019 - 12:54

“Bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqatlarının aparılması mərhələsinə başlanılıb. Bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, qanunvericiliyin tələblərinə uyğun olaraq, namizədlər açıq və qapalı məkanlarda ayrılan yerlərdən istifadə edə bilərlər: “Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. Seçkiqabağı təşviqat kampaniyasının aparılması üçün 3500-ə yaxın ünvan var. Onların 1700-ü açıq, qalanları isə qapalı məkanlardır. Bütün namizədlərə, imkanlar yaradılıb. Hamı sərbəst şəkildə seçkilərdə iştirak edə bilər”.