Bərdə və Göygöldə məişət zorakılığına qarşı mübarizə ilə bağlı tədbir keçirilib –-FOTO

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 08.2024- cü il tarixində Bərdə rayonunda Qadın Resurs Mərkəzində  tədbir keçirdi.

Tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri, Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak etdilər.

Layihə rəhbəri Z.Quliyeva layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi  və gözləntilər barədə məlumat verdi.   Ekspert Ş.Dadaşova məişət zorakılığı və onun növləri,    məişət zorakılığının qarşısının alınmasının yolları, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu və inzibati xətalar məcəlləsində nəzərdə tutulmuş maddələr barədə geniş məlumat verdi.

Təqdimatdan sonra müzakirələr oldu. Tədbir iştirakçıları mövzunun aktual olduğunu, ailə münaqişələrinin zərərlərini, xüsusilə də uşaqların sağlam böyüməsinə və sağlam ailə modelinə zərbə vurmasını bildirdilər. Məişət zorakılığının yaratdığı əsas problemlərdən birinin də erkən nikah olduğu və bunun qarşısının alınmasının zəruri olduğu bildirdilər. Tədbirdə iştirak edənlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İctimai Birliyinə minnətdarlıqlarını bildirdilər.

Tədbir interaktiv şəkildə və çox maraqlı keçdi. İştirakçıların sualları cavablandırıldı və təklifləri dinlənildi.Sonda qiymətləndirmə aparıldı. Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirdi.

Sonda xatirə şəkili çəkildi.

Qeyd edək ki, layihə 3 ay müddətində 2 rayonda (Bərdə və Göygöl) həyata keçiriləcək.

Əvvəlki məqalə

İngiltərə Niderlandı məğlub etdi, ikinci finalçı məlum oldu

Sonrakı məqalə

NATO Ukraynaya 40 milyard avro ayıracaq