Bəşər Əsəd baş verən hadisələrə ilk dəfə münasibət bildirib

Suriya prezidenti Bəşər Əsəd ölkədə son günlər baş verən hadisələrə ilk dəfə münasibət bildirib.

Azpost.info bildirir ki, BƏƏ prezidenti ilə söhbətində Əsəd deyib ki, Suriya ərazi bütövlüyünü müdafiə etməyə davam edir və dost və müttəfiqlərinin köməyi ilə terrorçuları məhv etməyə qadirdir.

Əsədlə İraqın baş naziri Məhəmməd əl-Sudani arasında telefon danışığı zamanı İraqın baş naziri Suriyaya “terrorizmlə mübarizədə” bütün lazımi dəstəyi verəcəyini vəd edib.

Bu arada Əsəd hökumətinə qarşı çıxan silahlı qruplar Xan Şeyxun şəhərini nəzarətə götürərək İdlib əyalətinə tam nəzarəti bərqərar edib.

Əvvəlki məqalə

Laçının işğaldan azad edilməsindən 4 il ötür

Sonrakı məqalə

İranın XİN rəhbəri təcili Suriyaya gedir –