Bəzi açıq sahələrdə Kür məcradan çıxıb –FHN

Ölkənin bəzi ərazilərində davam edən leysan xarakterli intensiv yağışlar, həmçinin qonşu Gürcüstanda Kür çayının hövzəsində müşahidə edilən güclü yağışlar nəticəsində Kür çayının səviyyəsinin kəskin artması səbəbindən bəzi açıq sahələrdə suyun məcradan çıxması baş verib, lakin yaşayış məntəqələrinə hər hansı təhlükə qeydə alınmayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Bununla belə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə təhlükəli vəziyyətlə əlaqədar hər hansı müraciət daxil olmayıb. Hazırda FHN tərəfindən mövcud şərait diqqətlə izlənilməklə vəziyyət tam nəzarət altında saxlanılır.

Əvvəlki məqalə

DİM II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib

Sonrakı məqalə

Keşiş Baqrat Qalstanyan Baş nazir vəzifəsinə namizədliyini irəli sürüb