Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının prezidenti seçilib

Yeni təsis edilən Beynəlxalq Çövkən Federasiyasının prezidenti bəlli olub.

Nazirliyin mətbuat xidmətindənverilən məlumata görə, bu vəzifəyə Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev seçilib.

Polşanın nümayəndəsi Matsey Miçel Olbriç isə qurumun baş katibi olub.

Baş Assambleyanın fevralın 2-də keçiriləcək yekun iclasında Beynəlxalq Çövkən Federasiyasında digər rəhbər vəzifələrə seçkilərin keçirilməsi nəzərdə tutulub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.