Bərdə-Ağdam dəmir yolu xəttinin inşası bu il başa çatacaq

Bərdə-Ağdam dəmir yolunun ümumi ox üzrə uzunluğu 47,1 kilometrdir. Yan yolları ilə birlikdə isə 57,8 kilometr dəmir yolunun tikintisi nəzərdə tutulur. Artıq yolun 56,9 kilometri hazırdır. Yalnız Ağdam dəmir yolu stansiyasına gedəcək 1 kilometrlik hissənin inşası qalıb. Ağdam stansiyasında, həmçinin 5 yan yol salınır. Layihələndirmə işlərinin 90 faizi yerinə yetirilib. Tikinti üzrə isə 68 faiz icra edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı bildirib.

Tural Abbaslı dəmir yolu stansiyalarının tikintisi barədə də məlumat verib: “Bərdə stansiyasının köhnə binasında artıq söküntü işləri başlayıb, yerində yenisi inşa olunacaq. Köçərli və Təzəkənd stansiyalarının bünövrələri inşa olunub. Ağdam stansiyasının layihələndirmə işləri sürətlə davam edir. İyulun əvvəlində layihələndirmə işlərini bitirib, iyul-avqust aylarında tikintiyə başlanılması planlaşdırılır. Elektrik yan xətt şəbəkəsinin tikintisinə və rabitə siqnal işlərinə ilin sonunda başlanması planlaşdırılır. Bu ilin sonunadək Ağdam stansiyası üzrə əlavə işlərin başa çatdırılması nəzərdə tutulub.”

“Yevlaxdan Bərdəyə qədər olan 38 kilometr köhnə yolun da yenidən qurulması üzrə işlərə başlanılıb. İlkin olaraq texniki iqtisadi əsaslandırma prosesi gedir”, – deyə o bildirib.

Əvvəlki məqalə

Çin Rusiyada “Visa” və “MasterCard”ı əvəz edə bilmədi

Sonrakı məqalə

Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq