Bərdə rayon İcra hakimiyyətində bəzi rəhbər vəzifələr boşdur. AzPost RİH-nin rəsmi saytına istinadla xəbər verir ki, hazırda başçının birinci müavini, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qrumlarla işin təşkilatçısı, Memarlıq və tikinti şöbəsinin müdiri – baş memar vəzifələrinə təyinat yoxdur.
Qeyd edək ki, Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayevdir. O, 3 mart 2012-ci ildən bu vəzifədədir.