Bərdə-Yevlax dəmiryolu xəttində qəza baş verib- Araşdırma aparılır

İyulun 25-də saat 03:50 radələrində Bərdə-Yevlax dəmiryolu xəttində teplovoz hərəkətdə olarkən “Chevrolet” markalı avtomobilin dəmiryol keçidində manevr qaydalarını pozması səbəbindən qeyd edilən nəqliyyat vasitəsi ilə toqquşub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə nəticəsində avtomobilin sürücüsü və maşında olan 1 nəfər sərnişin xəsarət alıb. Qəza ilə bağlı DİN Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Hadisənin səbəbinin aşkar edilməsi məqsədi ilə müvafiq ekspertizalar təyin edilib.

Əvvəlki məqalə

“Bu cür spekulyativ addımlar heç bir nəticə verməyəcək”

Sonrakı məqalə

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?