Bəşər Əsəd Xamnei ilə görüşmək üçün İrana gedəcək

Suriya prezidenti Bəşər Əsəd İranın Ali dini lideri Əli Xamnei ilə görüşmək üçün İrana səfər edəcək.

Azpost.info xəbər verir ki, o bu barədə İranda prezident vəzifələrini icra edən Məhəmməd Moxberlə söhbətində deyib.

“Bu günlərdə İran xalqının yanında olmaq, Ali rəhbərlə görüşmək istərdim. Başsağlığı vermək və iki ölkə arasında siyasi əlaqələrin möhkəmlənməsinə töhfə vermək üçün ilk fürsətdə İrana gedəcəyəm”, – IRNA Əsədə istinadən yazıb.

Bazar ertəsi Əsəd İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın vəfatı ilə əlaqədar Xameneiyə başsağlığı teleqramı göndərərək, Suriyanın İran dövləti və xalqı ilə həmrəy olduğunu bildirib, həmçinin həlak olanların ailələrinə faciəvi hadisə ilə əlaqədar dərin təəssüfünü ifadə edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.