Bəzi çaylardan daşqın və sel keçəcək- XƏBƏRDARLIQ

İyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyulun 11-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı , şimşək çaxacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Əvvəlki məqalə

Polşada Rusiya üçün casusluq edən şəxs saxlanılıb

Sonrakı məqalə

Bu il 395 kriminal qrup zərərsizləşdirilib