Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıda dövlət sərhədinin mühafizəsi yüksək səviyyədə aparılır- DSX

İşğaldan azad edilmiş kəndlərdə dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə təşkil olunur.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyevin diplomatik məharəti, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Qazax rayonunun işğaldan azad edilmiş və dövlət başçısının növbəti ali tapşırığına uyğun olaraq DSX tərəfindən nəzarətə götürülmüş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərinin ərazilərində dövlət sərhədinin mühafizə və müdafiəsi yüksək səviyyədə aparılır.

Əvvəlki məqalə

Zakir Həsənov Türkiyəyə başsağlığı verib

Sonrakı məqalə

Suriya XİN Ankara ilə dialoqun əsas şərtini açıqladı