Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi

Nizami rayonu, B.Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AzPost xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onikimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub 2016-cı il təvəllüdlü uşağı xilas edərək valideynlərinə təhvil veriblər.

 

Əvvəlki məqalə

Sükan arxasında halı pisləşdi, qəza törətdi

Sonrakı məqalə

Sakit okeanın dərinliklərində izahı olmayan strukturlar aşkarlandı