Bahalı şəhərlərin reytinqi açıqlanıb –Bakı neçənci yerdədir?

Əcnəbilər üçün bahalı şəhərlərin reytinqi açıqlanıb. 

Azpost.info “South China Morning Post” qəzetinə istinadən bildirir ki, bununla bağlı Mercer konsaltinq firması araşdırmanın nəticələrini açıqlayıb.

Azərbaycanın paytaxtı Bakı bu siyahıda 177-ci yerdədir. Digər Cənubi Qafqaz ölkələri -Ermənistan 141-ci yerdə, Gürcüstan 181-ci yerdədir.

Bu il xarici mütəxəssislər üçün ən bahalı şəhərlər Honq-Konq, Sinqapur və Sürix olub.

Mercer konsaltinq firmasının araşdırmasına görə, Honq Konq ardıcıl ikinci ildir ki, reytinq cədvəlinə başçılıq edir. Ən bahalı şəhərlər “onluğu”nda ən çox yeri “isveçrəlilər” tutub: Sürixdən başqa, siyahıya Cenevrə (4-cü), Bazel (5-ci) və Bern (7-ci) daxildir.

Nyu-York altıncı sırada, Təl-Əviv, Kopenhagen və Baham adalarının paytaxtı Nassau isə ilk onluğu tamamlayıb.

Reytinqin müəllifləri əcnəbilər üçün ən ucuz şəhərlər sırasında Daşkənd, Ankara, Düşənbə, Bişkek və Havananın adını çəkiblər.

Eyni zamanda, İslamabad 227-ci yerlə əcnəbi işçilər üçün ən ucuz iş yerinə çevrilib.

Mercer ekspertləri reytinq tərtib edərkən hər bir şəhərdə 200-ə yaxın vəzifənin dəyərini, o cümlədən icarəyə verilən əmlak, nəqliyyat, qida, geyim, məişət əşyaları, kommunal xidmətlər, məişət və tibbi xidmətlər, əyləncənin dəyəri, həmçinin alkoqol və tütün məmulatlarının qiymətlərini nəzərə alıblar.

Azpost.info

Əvvəlki məqalə

“Titanik”ə baxmaq üçün okeanın dərinliyinə enmiş turistləri tapa bilmirlər

Sonrakı məqalə

Rusiya İran PUA-ları, “S-300” və “İsgəndər” raketləri ilə Ukraynaya zərbə endirib –